Modern.az

Prezident milyarderi əfv edəcək

Prezident milyarderi əfv edəcək

19 Dekabr 2013, 22:29

Second trial begins of new charges against jailed oil tycoon

Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da keçirdiyi mətbuat konfransında 10 il əvvəl azadlıqdan məhrum məşhur iş adamı, “Yukos” neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskinin əvf ediləcəyini bildirib.

BBC-nin məlumatına görə, Putin indiyədək “Yukos” neft şirkətinin sabiq rəhbərinin əvf üçün müraciət etməkdən imtina etdiyini deyib.

"O artıq 10 ildən artıq müddəti azadlıqdan məhrumetmə yerlərində keçirib. Bu sərt cəzadır. Onun anası xəstədir. Mən hesab edirəm ki, qərar qəbul edilə bilər və ən yaxın vaxtlarda onun əvf edilməsi barədə fərman imzalanacaq”, - deyə Rusiya prezidenti deyib.

“Yukos” neft şirkətinin sabiq rəhbəri Xodorkovski 2003-cü ildə həbs olunub. O, fırıldaqçılıq və başqa ittihamlar üzrə təqsirləndirilib. Özünü siyasi məhbus sayan Mixail Xodorkovski isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, 2012-ci ildə o zamankı president Dmitri Medvedev Mixail Xodorkovskinin əfvini istəyən İnsan hüquqları üzrə şuranın qətnaməsini rədd edib.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı