Modern.az

“Xocalı uşaqları” danışdı: “Səlim Müslümovdan gözləntilərimiz çoxdur”

“Xocalı uşaqları” danışdı: “Səlim Müslümovdan gözləntilərimiz çoxdur”

20 Dekabr 2013, 10:19

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncin bir ildən çoxdur müzakirəyə çıxarılan sosial problemləri həllini tapmayıb. Dünən bununla bağlı millət vəkilləri ilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müzakirələr aparıblar. Məlum olub ki, problem nazirin diqqət mərkəzindədir.

Xocalıda hər iki valideynini itirmiş 25 nəfərdən biri - Yaşar Hüseynov Modern.az-a bildirib ki, bu xəbər onda xoş təəssürat yaradıb: “Bizim həm mənzil, həm də digər sosial problemlərimiz var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev kirayəsi ilə bağlı bizə aylıq puıl verirdi. İndi onu da kəsiblər. Buna görə də yığışıb nazirin qəbuluna getməyə hazırlaşırdıq. Çünki dəfələrlə bizə bu məsələnin həll olunacağını demişdilər. Amma, ortada heç nə yox idi. Yaxşı oldu ki, özləri bu məsələni müzakirəyə çıxartdılar”.

Yasəmən Həsənova da bu xəbərdən çox sevindiklərini deyib: “Həm nazirimizə, həm də millət vəkili Qənirə Paşayevaya təşəkkürümü bildirirəm. Bir dəfə biz Qənirə xanımla görüşdük. Bizim mənzil və sosial problemlərimizin həlli üçün cənab nazirə müraciət edən Qənirə xanıma xüsusi təşəkkürümü bildirirəm. Səlim Müslümovdan çox şey gözləyirik. Onun cəmiyyət arasındakı imici, insanların problemlərinə öz problemi kimi yanaşmasının dəfələrlə şahidi olmuşuq. Bu isə bizdə əminlik yaradır ki, problemlərimiz həll olunacaq. Bu xəbərə çox sevindim. Bizi həmişə olduğu kimi, bu dəfə də yada salıblar. Biz bu xəbəri bir ildən çox idi ki, gözləyirdik. İnanırıq ki, 2014-cü il bizim üçün düşərli olacaq. Bizim üçün bundan sevincli xəbər nə ola bilər ki”.

Mehdi Əliyev isə ümidlərinin tükəndiyini dilə gətirib: “Düzünü desəm, artıq bütün ümidlərimi itirmişdim. Hətta gələn il ölkəni tərk etmək fikrindəydim. Uşaqların çoxunun mənzil problemi var. Bu xəbərə çox sevindim. Düzü,hələ də inana bilmirəm”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı