Milli Şurasının sədr aparatı formalaşdırılıb. Aparata Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli (hər ikisi “Nida” hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat başqanının müşaviri) daxil olublar.
Şuranın sədri Cəmil Həsənli “Turan”a bildirib ki, namizədləri seçərkən şəxsi keyfiyyətlərə, fərdi fəallığa və prezident seçkisi kampaniyası zamanı fəaliyyətin səmərəliliyinə əsaslanıb: “Gələcəkdə aparatın tərkibi genişləndirilə bilər”.