Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən G. Əhmədovanın vəkili Əfsər Talıbov bu gün çıxarılan hökmdən apellyasiya şikayəti verəcək. Bu barədə Modern.az-a Əfsər Talıbov məlumat verib. O bildirib ki, artıq şikayət ərizəsi hazırdır.
Əfsər Talıbovun sözlərinə görə, günün ikinci yarısı şikayət Apellyasiya Məhkəməsinə göndəriləcək. “Artıq şikayət ərizəsi hazırdır. Bu gün günün ikinci yarısında Apellyasiya Məhkəməsinə təqdim olunacaq”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
***
Gültəkin ƏLƏSGƏR