Modern.az

“El” Müsavata növbəti həftə cavab verəcək

“El” Müsavata növbəti həftə cavab verəcək

20 Dekabr 2013, 11:51

“Müsavat Partiyasından əməkdaşlıq təklif olundu. Əməkdaşlıq sazişinə ilkim razılığımızı vermişik”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev deyib. Onun sözlərinə görə, Müsavat Partiyasının təklifi müzakirə olunacaq: “Müsavatdakı dostlarımıza da dedik ki, təklifə hörmətlə yanaşırıq. Eyni zamanda bir təşkilat olaraq Müsavatın təklifini idarə heyətinin iclasında müzakirə etməliyik. Son qərarı həmin toplantıdan sonra verəcəyik. İdarə heyətinin toplantısı növbəti həftə keçiriləcək”.

Z. Quliyev görüşdə Milli Şura ilə bağlı da müzakirələrin aparıldığını deyib: “Müzakirələrdə ölkədə seçkidən sonrakı ictimai-siyasi vəziyyət diqqət mərkəzində olub. Ölkədəki vəziyyət və Milli Şuranı qarşısında duran vəzifələr  ümumi şəkildə müzakirə olunub”.

Qeyd edək ki, dekabrın 19-da Müsavat Partiyası ilə “El” Hərəkatı rəhbərliyi arasında görüş keçirilib.

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı