Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev yerli müxalifət liderlərindən biri Altınbek Sarsenbaevanın qətlinin təşkilində ittiham olunur. Modern.az saytının məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Qazaxıstanın baş prokurorunun müavini Andrey Kravçenko bildirib. Onun sözlərinə görə, cinayət hadisəsi 2006-cı ilin fevral ayında törədilib. O zaman müttəhimlər kürsüsündə 10 nəfər oturub, sifarişçi kimi isə mülkiyyəti müsadirə olunmaqla 20 il azadlıqdan məhrum edilən Qazaxıstan Senatının keçmiş aparat rəhbəri Erjan Utembeyev tanınıb. Kravçenko deyib ki, amma 2012-ci ilin aprelində işdə adı keçənlərdən biri etiraf edib ki, əsl sifarişçi Utembeyev yox, Rahat Əliyevlə Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Alnur Musaev olublar.
Modern.az