Modern.az

Şahvələd Çobanoğlu: “Milli Şuranın sədr aparatında vəzifə bölgüsü aparılmayıb”

Şahvələd Çobanoğlu: “Milli Şuranın sədr aparatında vəzifə bölgüsü aparılmayıb”

20 Dekabr 2013, 13:20

“Sədr aparatı qərarverici orqan deyil, sədrin fəaliyyətinin həyata keçirilməsinə yardım edən icra qurumudur”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sədr aparatının üzvü Şahvələd Çobanoğlu deyib. O bildirib ki, sədr aparatında vəzifə bölgüsü aparılmayıb:

“Yaxın günlərdə sədr aparatında vəzifə bölgüsü aparılacaq. Sədr aparatına yeni şəxslərin də daxil olacağı gözlənilir. Təbii ki, buna ehtiyac duyularsa, ediləcək”.

Qeyd edək ki, Milli Şuranın sədr aparatında Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli (“Nida” hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat başqanının müşaviri) təmsil olunurlar.

İlkin PİRƏLİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı