Modern.az

İsa Qəmbərin xanım müşaviri istefa verdi

İsa Qəmbərin xanım müşaviri istefa verdi

20 Dekabr 2013, 13:33


Müsavat Partiyasının başqanının müşaviri Yeganə Hacıyeva partiyadan istefa verib. Modern.az-ın məlumatına görə, Y.Hacıyeva istefa verməsinin səbəbini açıqlayarkən deyib:

“Dostlar, bir neçə həftədir hər şey barəsində düşünmək ətraflı imkanım oldu və düşündüm. Yaşadığımız siyasi hadisələri analiz etdim. Bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəhayət qərara aldım ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, nəhayət onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edərək həyata keçirə bilmirəm.Və bu gündən müstəqil olduğumu bəyan edirəm. Bu başdan bəyan edirəm ki, heç bir ittihama cavab vermək fikrim yoxdur. Cəmiyyət üçün daha faydalı qərarların yanında olmağım və icrasında iştirakında hər şeyə aydınlıq gətirəcək”.

 

İlkin PİRƏLİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı