“Buna münasibət bildirməyə dəyməz. Sosial şəbəkə statusu çayxana laqqırtısı kimi bir şeydir”. Bunu Modern.az-a açıqlamasında XIX əsr Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçı, filologiya elmlər namizədi Məti Osmanoğlu bildirib.
Qeyd edək ki, şair Salam Sarvan özünün Facebook sosial şəbəkəsindəki səhifəsində XIX və XX əsrlər Azərbaycan ədəbiyyat xadimlərinin bir neçəsini aşağılayan statuslar yazıb.
“Bu xoşagəlməz bir tendensiyadır və bunu Rafiq Tağı başlamışdı. Ciddi yanaşma deyil. Mən doğru yolu reaksiya verməməkdə görürəm. Mənim mövqeyim belədir ki, buna münasibət bildirməyə dəyməz. Sosial şəbəkə statusu çayxana laqqırtısı kimi bir şeydir, bütün yazılanları heç də həmişə ciddi qəbul etməyə ehtiyac yoxdur. Deyir desin də... Bununla nə Mirzə Fətəli, nə də Sabir bir şey itirir...”-deyə Məti Osmanoğlu bildirib.
Elmin Nuri