Modern.az

Yanukoviç hakimiyyəti Avropada etibarını itirib

Yanukoviç hakimiyyəti Avropada etibarını itirib

20 Dekabr 2013, 15:41

Avropa Birliyi daha Ukrayna rəhbərliyinə etibar etmir. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Litvanı Avropa Birliyində təmsil edən Dalya Qribauskayte bəyan edib: “Yanukoviç hakimiyyəti Vilnüsdə assosiativ sazişi imzalamadıqdan sonra Avropa Birliyinin etibarını itirib. İndi Ukrayna xalqı öz gələcəyini özü müəyyən etməlidir”.

Avropa Parlamentinin prezidenti Martin Şults isə öz növbəsində qeyd edib ki, Ukrayna hakimiyyəti ilə dialoq davam edəcək, çünki əks halda respublika Avropadan uzaqda qalacaq”. O eyni zamanda etiraf edib ki, Avropaya inteqrasiyanı hazırda Ukrayna müxalifəti istəyir, hakimiyyət yox.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı