Modern.az

ABŞ-ın ATƏT-dəki missiyası Anar Məmmədlini dərhal azad etməyə çağırdı

ABŞ-ın ATƏT-dəki missiyası Anar Məmmədlini dərhal azad etməyə çağırdı

20 Dekabr 2013, 16:10


“Birləşmiş Ştatlar son dövrlərdə Azərbaycanda vətəndaş cəmiyyətinə təsir edən hadisələrin baş verməsindən, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin 16 dekabr, 2013-cü il tarixdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunaraq, həbs edilməsindən və barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsindən dərin narahatlıq keçirir. İttihamın təfərrüatları hələ də, aydın deyildir və cənab Məmmədlinin saxlanılmasının onun rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən seçkilərin monitorinqi və hesabatlıq fəaliyyəti ilə bağlı olub-olmadığı bizdə sual doğurur. Birləşmiş Ştatlar bu məsələni Azərbaycan Hökumətinin rəhbər şəxsləri qarşısında qaldırmışdır və bunu davam etdirəcəkdir”. Bunu ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri, səfir Daniel B. Bayer Anar Məmmədlinin həbsi ilə bağlı yaydığı məlumatda bildirib.

Missiya məhkəmə prosesi davam etdiyi bir vaxtda Anar Məmmədlini dərhal azad etməyə çağırıb.

“Bu il ərzində bəyan etdiyimiz kimi, biz Azərbaycan Hökumətini müvafiq hüquqi prosedurlara əməl etməyə, məhkəmə prosesinin şəffaflığı və ədalətliliyini təmin etməyə çağırırıq. 

Biz  SMDTM və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə bağlı aparılan istintaq işini yaxından izləməyə davam edəcəyik.

Biz eyni zamanda bu fürsətdən istifadə edərək Prezident Əliyevi QHT-lər haqqında qanun layihəsini parlamentə qaytarmağa və bu qanun layihəsinin beynəlxalq standartlar və ATƏT qarşısında götürülmüş öhdəliklərə uyğunlaşdırılması imkanlarını müəyyən etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna və Birləşmiş Millətlər Təşkilatının sərbəst toplaşmaq və birləşmək hüquqları üzrə xüsusi məruzəçisi  Maina Kiaiyə müraciət etməyə çağırırıq”-deyə missiya rəhbərinin bəyanatında vurğulanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı