Modern.az

Leyla Əliyevadan yeni xəbərlər - FOTOLAR

Leyla Əliyevadan yeni xəbərlər - FOTOLAR

Təhsil

20 Dekabr 2013, 21:15

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş “Meçta” uşaq kafesinin dekabrın 20-də açılışı olub.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsiblər. Uşaqlara yeni il hədiyyələri təqdim edilib.

Dekabrın 20-də Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi də keçirilib.
Şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək.
Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşüb.


 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı