Modern.az

"TələbəPlus" kartları kimlərə verilib? - Rəsmi CAVAB

"TələbəPlus" kartları kimlərə verilib? - Rəsmi CAVAB

5 Noyabr 2024, 11:04

Xəbər verdiyimiz kimi, ölkəmizdə tələbələrə “TələbəPlus” kartlarının verilməsinə başlanılıb. 

 

Bəs "TələbəPlus" kartlarının verilməsi nə vaxt tamamilə yekunlaşacaq?

 

Modern.az mövzu ilə bağlı Təhsilin İnkişafı Fondu ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, 16 universitetin 1-ci kurs tələbələrinin “TələbəPlus” kartları təqdim edilib:

 

“Bütün universitetləri tələbələri müvafiq şöbələrə müraciət edərək kartları əldə edə bilərlər.

 

Verilən məlumata görə, II,III və IV kurs tələbələrinin kartları isə bu həftə və növbəti həftə universitetlərə təqdim olunacaq. Beləliklə proses yekunlaşacaq.

 

Qeyd edək ki, “TələbəPlus” kartları universitetlərə giriş-çıxışdan, bank ödəniş vasitələrindən tutmuş 200-dən çox şirkətin restoran, kafe, geyim, aksesuar mağazaları, tədris və təlim kurslarının mühüm endirimlərində istifadə ediləcək

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir