Modern.az

Gəncədə “Asan Xidmət” Mərkəzinin açılışı olub

Gəncədə  “Asan Xidmət” Mərkəzinin açılışı olub

Təhsil

21 Dekabr 2013, 14:18

Modern.az xəbər verir ki,  bu gün Gəncə Regional “Asan Xidmət” Mərkəzinin açılışı olub. Açılış mərasimində Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə ilə yanaşı, həmçinin Azərbaycanın digər 10 rayonunun əhalisi də istifadə edəcək. Ümummillikdə mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək. 

Mərkəzin inzibati binasının sahəsi 4 min kvadratmetr olmaqla, 4 mərtəbədən ibarətdir. Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 6500 kvadratmetr sahə ayrılıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı