Modern.az

Müəllimlərin maaşı ilə bağlı yeni QƏRAR

Müəllimlərin maaşı ilə bağlı yeni QƏRAR

Təhsil

20 Noyabr 2024, 23:43

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə bir sıra dəyişikliklər edilib.

 

Modern.az-ın məlumatına görə, yeni dəyişiklidə ali təhsil müəssisələrinin əməkdaşlarının əməkhaqları ilə bağlı müddəa yer alıb.

 

Belə ki, universitet əməkdaşlarının əməkhaqlarının məbləğinə (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) həmin ali təhsil müəssisəsinin rektoru qərar verəcək 

 

Rektor, həmçinin universitetin yalnız xərclər smetasını deyil, gəlirlərini təsdiq edəcək.

 

Qeyd edək ki, qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat