Modern.az

Marketlərin hiyləsi: “Uşaq məhsulları piştaxtası” etik baxımdan səhvdir”

Marketlərin hiyləsi: “Uşaq məhsulları piştaxtası” etik baxımdan səhvdir”

Təhsil

8 Yanvar 2014, 10:19


“Biznesin məqsədi istehlakçıdan daha çox gəlir götürməyə çalışmaqdır. Ona görə də marketlərdə uşaqlara aid oyuncaqların, yaxud müxtəlif yeyinti məhsulları məhz aşağı hissələrdə yerləşdirilməsi bu istəyə uyğunlaşdırılmış hərəkətlərdir”.

Bunu Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. “Bilinən bir şeydir ki, uşaq marketə daxil olarkən, qaçıb özünə aid olan bir şeyi götürür və valideyni onu almağa vadar edir. Bu market siyasətinin növlərindən biridir. Bu siyahını uzatmaq da olar. Hələ bir çoxlarımız cavab verməyə çətinlik çəkirik ki, nə üçün saat reklamlarını 22:15-də qoyurlar, nə üçün qiymətləndirmə zamanı yuvarlaq rəqəmlərdən istifadə edilir və s. Bunlar hamısı istehlakçı düşüncəsinə təsir etmək üçün istifadə edilir. O cümlədən də malların yerləşdirilməsi məsələsində istər Azərbaycanda, istərsə də dünyada vahid standartı yoxdur. Hər bir biznes sahibi malları öz obyektində istədiyi kimi yerləşdirmək iqtidarındadır”.

İqtisadçı Vüqar Bayramov isə hesab edir ki, bu etik baxımdan düzgün deyil. “Marketinqdə əsas məqsəd müştərilərin diqqətini cəlb etməkdir. Müştərilərin diqqətini cəlb etməklə isə daha çox məhsulun satılmasına nail olunur. Marketlərdə birmənalı şəkildə məhsulların düzülməsilə bağlı heç bir qayda yoxdur. Sahibkar düşünürsə ki, uşaqlara aid məhsullar onların əli çatan yerlərdə qoyulmalıdır, bunu edə bilər. Bu birbaşa daha çox müştəri cəlb etməyə yönəlmiş bir addım kimi başa düşülməlidir. İqtisadiyyat və marketinq baxımından burda qanuna zidd heç bir şey yoxdur. Çünki qanun məhsulların düzülməsilə bağlı hər hansı bir qaydalar və normativlər müəyyənləşdirmir. Amma burda məsələnin etik tərəfi var. Nəzərə alsaq ki, bəzi aztəminatlı ailələr uşaqların bütün istəklərini yerinə yetirmək iqtidarında deyil. Uşaqlarla supermarketə gedən zaman valideyn uşağa istədiyini verə bilmədiyinə görə, onun qarşısında yumşaq desək bir növ xəcalət çəkir”.  

Gülşən Raufqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!