“ATƏT-in yay sessiyasının Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti ola bilər”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib. “56 dövlət deputatının Azərbaycana yığılması ölkəmizdə sürətlə gedən inkişafı, iqtisadiyyatı, quruculuq abadlıq işləri ilə daha yaxından tanış olacaqlar. Azərbaycanda əmin-amanlığı, sabitliyi görmək, əlbəttə, dövlətimizin adıdır. Bu apardığımız siyasətin uğurudur. Düşünürəm ki, çox böyük siyasi uğurumuz olacaq. Qeyd edim ki, ATƏT-in yay sessiyasının Bakıda keçirilməsi məsələsi fevral ayında dəqiqləşəcək”.
Xatırladaq ki, ATƏT-in yay sessiyasının Bakıda keçirilməsi təklifi Azərbaycan nümayəndə heyətindən gəlib.
Namidə BİNGÖL