Modern.az

Yeni ildə ilk dərs günü nə zaman olacaq?

Yeni ildə ilk dərs günü nə zaman olacaq?

29 Dekabr 2024, 15:26

Azərbaycanda yeddigünlük qeyri-iş günündən sonra beşgünlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində ilk dərs günü yanvarın 6-da, altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə isə yanvarın 4-də olacaq.

Modern.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabineti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar verib. 

Qərara əsasən, dekabrın 28-29-u iş günü sayılıb. Bu gün beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində cümə gününün, altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə bazar ertəsi gününün dərsləri tədris olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi