Modern.az

Prezidenti birinci lediyə xəyanətdə ittiham etdilər

Prezidenti birinci lediyə xəyanətdə ittiham etdilər

Təhsil

10 Yanvar 2014, 13:21

Fransa jurnalı “Closer” prezident Fransua Ollandı vətəndaş nikahında olan arvadına xəyanət etməkdə günahlandırıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, jurnalın bugünkü sayında dövlət başçısının aktrisa Jyuli Qaye ilə əlaqəsini təsdiq edən fotolar çap edəcəyinə söz verib. Nəşrin məlumatına görə, Fransa prezidenti daima sevgilisinin Parisdəki evinə gedir. Dövlət başçısının hətta bəzən bütün gecəni orada qaldığı da iddia edilir. Bu zaman Ollandı cəmi bir mühafizəçi müşayiət etdiyindən bunun prezidentin həyatı üçün təhlükəli olduğu bildirilir.

Fransua Olland isə “France-Presse” agentliyinə deyib ki, “Closer” jurnalını məhkəməyə verməyi planlaşdırır. Prezidentin fikrincə, bu cür materialın çapı onun şəxsi həyatına müdaxilə deməkdir. Jyuli Qayenin indi 41 yaşı var, Fransanın tanınmış aktrisası hesab olunur. O, 50-dən çox filmdə çəkilib. Fransanın birinci ledisi rəsmən 49 yaşlı jurnalist Valeri Trierveyler hesab olunur. Onun sosialistlərin lideri ilə əlaqəsi Olland prezident seçilməzdən bir neçə il əvvəl başlayıb.   Siyasətçi buna qədər 25 ilə yaxın Seqolen Ruayal ilə vətəndaş nikahında olub, onların iki uşaqları da dünyaya gəlib.

 “France-Presse” agentliyi qeyd edir ki, Fransa prezidentlərinin çoxunun dövlətə rəhbərlik etdikləri vaxtlar sevgililəri olub. Bu siyahıya Jak Şirak, Fransua Mitteran və Valeri Jiskar d`Estenin adları düşüb. Bununla belə, fransızlar həmişə öz prezidentlərinin bu cür davranışlarını sakit qəbul ediblər. 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!