Modern.az

Milli Məclisin komitə sədrinin müavini “Akkord” sədrinə məktub yazdı

Milli Məclisin komitə sədrinin müavini “Akkord” sədrinə məktub yazdı

Təhsil

10 Yanvar 2014, 17:45

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının Müşahidə Şurasının sədri İlqar Hacıyevə məktub yazıb. Modern.az deputatın məktubunu olduğu kimi təqdim edir.

- Hörmətli cənab Sədr!
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı iqtisadi və sosial siyasət nəticəsində bizim ölkədə azad sahibkarlığa münbit, əlverişli şərait yaradılıb. Məhz düşünülmüş, sosialyönlü iqtisadi siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda geniş fəaliyyət göstərən, böyük imkanlı və yüksək büdcəli, habelə xarici ölkələrdə nüfuz qazanmış transmilli korporasiyalar yaradılıb. Bu transmilli korporasiyalar sırasında ciddi və miqyaslı layihələri həyata keçirməyi, öz ictimai yararlı əməlləri ilə fərqlənən “Akkord” korporasiyadır.
“Akkord” şirkətlər qrupu uzun məsafəli, keyfiyyətli avtomagistral yollarının çəkilməsi, Azərbaycanın paytaxtı və regionlarının abadlaşdırmaşı, irimiqyaslı iqtisadi və humanitar layihələrin həyata keçirməsi ilə cəmiyyətimizdə böyük hörmət qazanıb. Bununla yanaşı, rəhbərlik etdiyiniz Korporasiya ölkəmizdə iri vergi ödəyicisi və çox sayda iş yerlərini yaradan ciddi iqtisadi qurum kimidə tanınır. Bütün qeyd etdiyim nailiyyətlərlə yanaşı, xüsusi ilə vurğulamaq istəyirəm ki, “Akkord” şirkətlər qrupu cəmiyyətimizdən gələn heç bir çağırışı və müraciəti diqqətsiz qoymayır. Belə müraciətlərdən biri də bizim Daşkəsəndə yerləşən ucqar kəndlərə avtomaşın yolunun çəkilməsi xahişi idi. “Akkord” Korporasiyası xahişimizi qısa müddətdə, yüksək keyfiyyətlə icra edərək Daşkəsənin ucqar kəndlərinə 20 kilometrdən artıq məsafədə avtomaşın yolunu çəkdi. Bununla rayon mərkəzi ilə nəqliyyat əlaqəsi olmayan yaşayış məntəqələrinin həyatını kifayət qədər yüngülləşdirdi. Döyüş bölgəsinə yaxın yaşayan və uzun müddət yollardan əziyyət çəkən əhalinin strateji əhəmiyyətli məsələsini həll etdi. Qeyd edilənləri nəzərə alaraq, Daşkəsən rayonundan olan seçicilərim və öz adımdan Sizə və yolun çəkilməsində böyük zəhməti olan əməkdaşlarınıza dərin minnətdarlıq bildirirəm. Əminəm ki, gördüyünüz xeyirxah işlər Daşkəsən rayon sakinlərinin yaddaşında daim ehtiram və minnətdarlıqla xatırlanacaq.

Hörmətlə,
Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi sədrinin müavini Rövşən Rzayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!