Modern.az

Azərbaycanda kişi qatar bələdçiləri Avropa Oyunlarına görə qadınlarla əvəzlənir - AÇIQLAMA

Azərbaycanda kişi qatar bələdçiləri Avropa Oyunlarına görə qadınlarla əvəzlənir - AÇIQLAMA

Təhsil

10 Yanvar 2014, 18:10

“Heç kim işdən çıxarılmır. Sadəcə olaraq beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında işləyən bələdçi kişilər qadınlarla əvəzlənir. 2015-ci ildə Bakıda keçirləcək 1-ci Avropa Oyunlarına hazırlıq prosesi gedir. Qatarlarda xidmət səviiyyəsi yüksəldilməlidir”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəriNadir Əzizməmmədov“Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında kişi qatar bələdçilərinin etiraz aksiyasını şərh edərkən bildirib.

Onun sözlərinə görə bu proses bu gün yox, artıq bir neçə ildir ki, davam edir.

“Zaman-zaman belə əvəzlənmələr baş verir. Bu onunla əlaqədardır ki,qadınlar kişilərə nisbətdə daha üstün xidmət göstərir. Buna görə də,üstünlüyü onlara veririk. Bakı-Moskva, Bakı-Xarkov,Bakı-Tiflis, Bakı-Balakən, Bakı-Gəncə istiqamətində hərəkət edən qatarlarda yalnız qadınlar fəaliyyət göstərir. Bakı-Böyük Kəsik, Bakı-Horadiz, Bakı-Ağstafa istiqamətindəki qatarlarda qadınlarla yanaşı, kişilər də çalışır”.

N.Əzməmmədov bildirib ki, hazırda Xarkov istiqamətində işləyən qatarın bələdçiləri öz narazılqılarını bildiriblər.  
“Çünki, orada işləyən bələdçi kişiləri yerli istiqamətdə hərəkət edən qatarlara keçiririk. Bu isə onların narazılığına səbəb olub. Yəqin bu,kişilərin xaricə olan marağından irəli gəlir”.

İdarə rəsmisinin sözlərinə görə, əgər həmin kişi bələdçilər beynlxalq istiqamətdə hərəkət edən qatarlarda işləyərkən 150 manat maaş alırdısa, yerli istiqamətdə hərəkət edən qatarlarda çalışan zaman 300 manat maaş alacaqlar. “Maraqlıdır ki, kişilər niyə yüksək maaşa etiraz eddir. Səbəb nədir?!”.

N. Əzməmmədov vurğulayıb ki, qadınlar işlədiyi müddətdə heç bir korrupsiya faktı, biletsiz adamların qatara sərnişin kimi götürülməsi halları qeydə alınmır.

”Bələdçi seçilməsində üstünlük xarici dil bilənlərə verilir. Onlar ingilis, rus dillərini bilməlidir. Beynəlxalq istiqamətdəki qatarlarda xarici sərnişinlər çox olduğundan ən azı bu dilləri bilmək vacibdir. Çünki,onlarla ünsiyyət qurmaq lazımdır. Yaş həddi 35 yaş müəyyən olunur”.

Qeyd edək ki, bu gün səhər saatlarında  “Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında kişi bələdçilər etiraz aksiyası keçiriblər. Aksiyaya kişi bələdçilərin səbəb göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!