Modern.az

Bakıda 16 mərtəbəli binadan özünü atmaq istəyən intiharçının qarşısı alınıb

Bakıda 16 mərtəbəli binadan özünü atmaq istəyən intiharçının qarşısı alınıb

Təhsil

10 Yanvar 2014, 23:50

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 10-da Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıb. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:09-da başa çatıb.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!