Modern.az

Zakir Qaralov əməliyyat müşavirəsi keçirib

Zakir Qaralov əməliyyat müşavirəsi keçirib

Təhsil

11 Yanvar 2014, 01:30

Yanvarın 10-da Baş Prokurorluqda 2013-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2013-cü ildə Azərbaycanın prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlərin görülməsini təmin edib. Hesabat dövrü ərzində prokurorluq orqanlarının səyləri dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, həyata keçirilən islahatların yeni məzmunda davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına, mövcud olan çatışmazlıq və mənfi təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

Son illər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində daha qətiyyətli və effektli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Baş prokuror, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərliliyinin daha da artırılması, həmin sahədə ciddi tədbirlərin görülməsi, bu sosial bəlanın aradan qaldırılması, ona qarşı həyata keçirilən preventiv tədbirlərin səmərəliliyininin artırılması üzrə fəaliyyətin daha intensiv, ardıcıl və sistemli aparılmasının təmin ediləcəyini vurğulayıb.

 Əməliyyat müşavirəsində 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun 2013-cü il iş planının icrası və cari ilin iş planı barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı 2013-cü ildə elan edilmiş müsabiqənin təşkili və keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Namiq Əsgərovun, 2013-cü ildə Prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər barədə Baş Prokurorluğun idarə rəisi Natiq Hüseynovun məlumatları dinlənilərək müvafiq qərarlar qəbul edilib.

Əməliyyat müşavirəsində Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə  həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da  gücləndirilməsi barədə  Prezident  İlham  Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli  şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

Müşavirədə həmçinin, Azərbaycan Respublikası Prezidentinin  26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı  zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Eyni zamanda, 2013-cü il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə  nəticələrinin  təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə  Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar  müvafiq tapşırıqlar verilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!