Modern.az

Keçmiş nazir döyülüb

Keçmiş nazir döyülüb

Təhsil

11 Yanvar 2014, 10:06


“Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri, keçmiş daxili işlər naziri Yuri Lutsenko yanvarın 11-də axşam “Berkut” xüsusi təyinatlıları ilə qarşıdurmadan sonra reanimasiyaya yerləşdirilib. Modern. az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, milislərin döydüyü Lutsenko ciddi kəllə-beyin xəsarəti alıb. Onun başına üç santimetrlik tikiş qoyulandan sonra reanimasiyaya yerləşdirilib. O, qarşıdurma zamanı huşunu da itirib. Lutsenkonun həyat yoldaşının sözlərinə görə, hadisə Kiyevin Svyatoşinski rayon milis idarəsinin yaxınlığında baş verib. Keçmiş nazir nümayişçilərlə milislərlə arasında dayanmaq istəyərkən “Berkut”un üzvləri onu döyməyə başlayıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!