Modern.az

Milli Şura üzvü olan partiya sədri: “Cəmil Həsənli ilə görüşlərdə iştirak etmirəm”

Milli Şura üzvü olan partiya sədri: “Cəmil Həsənli ilə görüşlərdə iştirak etmirəm”

Təhsil

11 Yanvar 2014, 10:23

“Milli Şurada fəaliyyətimi davam etdirirəm. İstənilən partiya Milli Şuranı tərk etməkdə sərbəstdir. Onların atdığı addımlara hörmət etmək lazımdır. Təbii ki, bu addımlardan sonra Milli Şura zəifləyib”.

Bunu Moderm.az-a açıqlamasında Milli Şuranın üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. O, Milli Şuradakı gərginliyin parlament seçkiləri ilə əlaqələndirilməsinə də münasibət bildirib:

“Hansısa məsələ ilə bağlı indidən mülahizə yürütmək istəməzdim. Hər bir partiyanın maraqları var. Məsələn, hansısa partiyalar fəaliyyətlərini Milli Şurada davam etdirə bilərlər, hansılarsa düşünə bilər ki, Milli Şura onların koorporativ maraqlarına uyğun deyil. Yəni burada partiyanın maraqları əsas götürülür. Bu barədə geniş danışmaq istəmirəm. Fakt odur ki, bəzi partiyalar Milli Şuradan çıxıblar”.

Q. Əlibəyli Milli Şuranın fəaliyyətinin davam etdirilməsinin vacib olduğunu qeyd edib.

Partiya sədri Cəmil Həsənlinin Milli Şura üzvləri ilə keçirdiyi görüşlərdə iştirak etmədiyini bildirib: “Cəmil Həsənli ilə görüşlərdə iştirak etmirəm. Fərd olaraq, Milli Şurada təmsil olunduğuma görə belə görüşlərə ehtiyac görmürəm”.

 

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!