Modern.az

Partiya sədri: “İsgəndər Həmidovla baxışlarımda fərqliyinin olması fəlakət deyil”

Partiya sədri: “İsgəndər Həmidovla baxışlarımda fərqliyinin olması fəlakət deyil”

Təhsil

11 Yanvar 2014, 11:35

“Fəaliyyətimi Milli Şurada davam etdirəcəyəm. Düşünürəm ki, bu qurum Azərbaycan müxalifətinin son illərdə yaratdığı ən uğurlu koalisiyasdır. Milli Şura etibarlı tərkiblə fəaliyyətini davam etdirəcək”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri, Milli Şuranın üzvü Qələndər Muxtarlı deyib. O bildirib ki, Milli Şuradakı istefalara normal yanaşmaq lazımdır: “Müsavat Partiyasından olan dəyərli insanların Milli Şurada olmamasına baxmayaraq, bunu faciə hesab etmirəm. Zaman gələr, hərə öz yoluna yenidən baxar. Cəmil Həsənli Azərbaycanın ləyaqətli şəxsiyyətlərindən biridir. Əli Kərimli, Rüstəm İbrahimbəyov və digər bu tipli siyasətçilərin Azərbaycan xalqının müxalif kəsiminə rəhbərlik etməsi böyük şərəfdir. Bu insanlar əhəmiyyətli dəyişikliklərin başlanğıcını qoya biləcəklər. Milli Şurada baş verən dəyişikliyi təbii hesab edirəm. Bu adamlarla bir sırada durub, Azərbaycan xalqının milli müqavimətini, demokratiya uğrunda hərəkatını təmin edib, yola davam etmək məsuliyyətli işdir. Çünki bu, hakimiyyətin xoşuna gəlməyən məqamdır. Hakimiyyət nə olur-olsun Rüstəm İbrahimbəyov və Cəmil Həsənli kimi insanların müxalifətlə bir yerdə olmasını görmək istəmir. Düşünürəm ki, xalqın inkişafı üçün töhvəni Milli Şura verəcək. Cəmil Həsənlinin keçirdiyi görüşlərdə iştirak edirəm. Gəlinən nəticə budur ki, qurum fəaliyyətini davam etdirməlidir”.

Q.Muxtarlı silahdaşı, sabiq daxili işlər naziri İskəndər Həmidovun da istefasına münasibət bildirib: “İskəndər Həmidov Milli Şurada fərdi qaydada təmsil olunmuşdu. Milli Şuradan istefa verməsi onun seçimidir. Mən də onun seçiminə hörmətlə yanaşıram. Yəqin, düşünür ki, kənarda təşkilatlanma işi ilə, yaxud da başqa bir siyasi kəsimlə bir yerdə olmaq lazımdır. Bu yolda ona uğurlar arzulayıram. Baxışlarımızda fərqliyinin olması fəlakət deyil”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!