Modern.az

Zakir Həsənov ordu rəhbərliyi toplantısını keçirib, bəzi kadr dəyişikliyi edib

Zakir Həsənov ordu rəhbərliyi toplantısını keçirib, bəzi kadr dəyişikliyi edib

Təhsil

11 Yanvar 2014, 12:06

Yanvarın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.
Müdafiə Nazilriyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.
Toplantı Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!