Modern.az

Müsavat: “Rəsul Quliyev dağıdıcı fəaliyyətinin planlarını açıqlamalıdır” - ƏKS-SƏDA

Müsavat: “Rəsul Quliyev dağıdıcı fəaliyyətinin planlarını açıqlamalıdır” - ƏKS-SƏDA

Təhsil

11 Yanvar 2014, 12:21

Milli Məclisin keçmiş sədri, ABŞ-da yaşayan Rəsul Quliyev APA-ya müsahibəsində əsas məqsədinin Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlin siyasətdən kənarlaşdırılması olduğunu vurğulayıb. Sabiq parlament sədrinə qarşı tərəfin cavabı gecikməyib.

Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a deyib ki, bu açıqlama R. Quliyevin əsl niyyətini açıq şəkildə ortaya qoya bildi.

“Məncə, bu “müsbət” haldır. Buyursun mübarizəsini davam etdirsin,  gücü hara qədər çatırsa, onu da həyata keçirsin”- deyə Müsavat rəsmisi söyləyib.

Partiya funksioneri qeyd edib ki, R.Quliyevin gücü partiya yaratmağa gücü çatmadı. G. Aslanlının sözlərinə görə R. Quliyev dağıdıcı fəaliyyətinin planlarını da açıqlamalıdır.

“R. Quliyev öz enerjisini boşa xərcləyir. O daha yaxşı bir işə başlasa, bəlkə də nəticəsi olar. Amma  Müsavat başqanı İsa Qəmbərin partiya sədrliyindən uzaqlaşdırılması  R. Quliyev kimilərin xahişi və istəyi ilə  həyata keçirilmir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə R. Quliyevlə bağlı hər hansı məsələni şərh etməkdən imtina edib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!