“Mən Surət Hüseynovun bu addımına əhəmiyyət vermirəm və məni qəti maraqlandırmır. Düşünmürəm ki, onun Türkiyədə Qazilər Fondu yaratması siyasətə qayıdışdır”.
Bunu Modern.az saytına açıqlamasında AXC İcraiyyə Komitəsinin sabiq sədri, Milli Məclisin deputatı Fərəc Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə sabiq baş nazir S. Hüseynov siyasətçi olmadığından onun fond yaratmasını siyasi addım kimi qiymətləndirmək olmaz. F.Quliyev Qarabağ döyüşçülərinin fondda birləşmələri ilə bağlı deyilənlərin həqiqət olmadığını qeyd edib.
“Qarabağ qaziləri, müharibə iştirakçıları Sürət Hüseynov ətrafında birləşə bilməz”-deyə millət vəkili söyləyib.
Qeyd edək ki, sabiq baş nazir Surət Hüseynov mətbuata açıqlamasında Türkiyədə Qarabağ döyüşçülərinə, müharibə əlillərinə kömək məqsədilə Qazilər Fondu yaradacağını bildirib.
Aqşin Kərimov