Modern.az

Azərbaycanın məşhur şahmatçısı vəfat edib

Azərbaycanın məşhur şahmatçısı vəfat edib

Təhsil

11 Yanvar 2014, 12:54

Azərbaycan şahmatın ağır itki üz verib. Modern.az-ın məlumatına görə, ötən gecə Azərbaycan şahmatının tanınmış simalarından olan qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən dünyasını dəyişib.
Mərhumun xərçəngdən əziyyət çəkdiyi bildirilir. O, müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib.

Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer alırdı.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. 

Allah rəhmət eləsin!
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!