Modern.az

Deputat: “Düşünürük ki, bu fiaskodan dərs alacaqlar” - MÖVQE

Deputat: “Düşünürük ki, bu fiaskodan dərs alacaqlar” - MÖVQE

Təhsil

11 Yanvar 2014, 14:30

“2013-cü ildə “siyasi məhbus” adlandırılan şəxslərlə bağlı qətnamənin AŞPA-da keçməməsi Azərbaycanın beynəlxalq təşkilatlarda artan uğurunun göstəricilərindən biri oldu. 

“Cənab prezidentin də vurğuladığı kimi, Azərbaycanın haqlı səsinin duyulmasının nəticəsi olaraq, Azərbaycan əleyhdarlı qüvvələr istədikləri qədər dəstəkləri tapmaqda artıq çətinlik çəkirlər”.
Bu sözləri millət vəkili, AŞPA-nın azərbaycanlı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva prezident İlham Əliyevin “Azərbaycana qarşı  qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğrayıb” fikrilərini Modern.az-a şərh edərkən bildirib.

Deputat vurğulayıb ki, Assambleyanın sənədi qəbul etməməsi o cür qüvvələrə, onların arxasında dayananlara zərbə idi.

“Onu da qeyd edim ki, AŞPA-nın əksəriyyətini bu cür insanlar təşkil etmir. AŞPA-da elə güclər, elə qruplar var ki onlar Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər və yaxud da fəaliyyətin arxasında gizli dəstəklərini göstərirlər. Bu sənədin fiaskoya uğraması ilə o insanların fəaliyyəti də böyük mənada fiaskoya uğradı. Düşünürük ki,bu fiaskodan dərs alacaqlar”.

Q.Paşayevanın sözlərinə görə, 2013-cü ilin əvvəlində Azərbaycana qarşı əsassız qərəzli ikili standartlar əsasında hazırlsanmış bir sənədlə  bərabər bir hücum vardı.

“Assambleyada bu sənəd müzakirə olunan zaman səsvermədə böyük əksəriyyət anti-Azərbaycan kampaniyasına qoşulmamışdı. Bu isə kampniyanın təşəbbüskarları o cümlədən onun pərdə arxasındakı əsas təşəbbüskarları dəstəkçilərin çox ciddi şəkildə məyus etmişdi. Assambleya üzvlərinin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəklədi”.

Deputat vurğulayıb ki, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərinin çatdırılması istiqqmətində iş fəaliyyət daha da güclənir.
“Bu çox vacib bir məsələdi. Azərbaycanın güclənməsini istəməyən güclər var. Amma getdikcə bu qüvvələrin fəaliyyət dairələri məhdudlaşmağa başlayıb. Çünki AŞPA-da Azərbaycanı daha yaxından tanıyan, Azərbaycan gerçəklərini bilən insanlar var”.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib ki, AŞPA-nın yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğrayıb”. Dövlət başçısı bunu “əlamətdar hadisə” adlandırıb.

Namidə BİNGÖL  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!