Bu gün British Council, Thomson Foundation, Paşa Bankın dəstəyi ilə “Biznes jurnalistika” layihəsinin 2-ci mərhələsi başlayıb. Müxtəlif kütləvi informasiya vasitələrindən 12 nəfər jurnalistin iştirak etdiyi təlim öz işini yanvarın 15-də başa vuracaq.
Təlimçi Thomson Foundation təşkilatının məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis, Azərbaycanda müntəzəm olaraq təlimlər aparan, Nigeriya, Zimbabve, Sudan, İraq, Şri-Lanka, Misir, Gürcüstan, Kenya, Çin, Abu Dabi, İordaniya, Qətər, İsrail, Kipr və Avropa ölkələri daxil olmaqla bir çox yerlərdə seminarlar keçən Den Meysonidi. Peşəkar təlimçi və məsləhətçiyə çevrilməzdən əvvəl, Den Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda və onlayn əməliyyatlar sahəsində dəfələrlə mükafatlandırılıb, baş redaktor və baş menecer vəzifələrində çalışıb.