Modern.az

Bakıda ağacın üstlərinə aşması nəticəsində ana-bala ölüb - FACİƏ

Bakıda ağacın üstlərinə aşması nəticəsində ana-bala ölüb - FACİƏ

Təhsil

11 Yanvar 2014, 19:24

Bu gün saat 14:00 radələrində Babək prospekti-103 ünvanında iri gövdəli ağac yol ilə gedən ana və azyaşlı övladının üzərinə aşıb. Nəticədə hər iki şəxs dünyasını dəyişib.


Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, ağacın aşması nəticəsində 1968-ci il təvəllüdlü Hacıyeva Nərgiz Əziz qızı və 4 yaşlı oğlu Hacıyev Elmar Nail oğlu aldıqları xəsarətlərdən ölüblər.

Əslən Qusar rayonundan olan ana və bala hadisə yerindən 50 metr kənarda yerləşən Şirvani küçəsi, ev 1, mənzil 2-də yaşayırmışlar. Qonşuların sözlərinə görə, saat 14:00 radələrində ana uşağını məktəbdən gətirirmiş. Bu zaman iri gövdəli ağac qırılıb və üstlərinə düşüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!