Azərbaycan Prezidenti İlham Əliyev İsrailin dövlət başçısı Şimon Peresə bu ölkənin sabiq baş naziri Ariel Şaronun vəfatı ilə əlaqədar başsağlığı verib.
Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı verirəm".