Yanvarın 12-də Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə zamanı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü Qasım oğlu Qəhrəman İsmayılovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Modern.az