Modern.az

İcra başçısına müavin aparılan keçmiş direktorun məktəbdəki yeri boş qalıb

İcra başçısına müavin aparılan keçmiş direktorun məktəbdəki yeri boş qalıb

Təhsil

13 Yanvar 2014, 10:59

Nəsimi rayonu 152 nömrəli tam orta məktəbin rəhbəri Gülarə Verdiyevanın rayon icra başçısının müavini təyin ediləndən sonra məktəbin direktor vəzifəsi boş qalıb.

Başı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tahirquliyeva  Modern.az-ın sorğusuna cavab olara bildirib ki, hazırda direktor vəzifəsi məktəbin tərbiyə işləri üzrə direktor müavini Tamilla Soltanovaya həvalə edilib.

Xatırladaq ki, 152 saylı orta məktəbin keçmiş direktoru Gülarə Verdiyevanın Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinatı ötən ay, dekabrın əvvələrində gerçəkləşib. Gülarə Verdiyevaya 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib.  

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!