Modern.az

Azərbaycanın müdafiə naziri Fransaya getdi

Azərbaycanın müdafiə naziri Fransaya getdi

Təhsil

13 Yanvar 2014, 11:38


Yanvarın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasına rəsmi səfərə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənovun Fransa Respublikasının müdafiə naziri cənab Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır.
Səfər zamanı Azərbaycan Respublikası və Fransa Respublikasının Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq Anlaşmasının imzalanması nəzərdə tutulub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri yanvarın 14-dək davam edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!