Modern.az-ın məlumatına görə, Milli Məclisin Quba rayonunundan seçilmiş millət vəkili Vahid Əhmədov rayonda yeni ildə ilk görüş və qəbulunu keçirib. Əvvəl görüşə gəlmiş seçicilərin hamısı bir yerdə deputatla görüşərək il ərzində görülmüş işlər barəsində məlumatlandırılıb, yeni ildə planlaşdırılıb və həlli vacib olan məsələlər haqqında fikir mübadiləsi aparılıb. Çox maraqlı keçən söhbətdə hər iki tərəfi maraqlandıran bir çox məsələlərə baxılmış, yeni maraqlı ideyalar ətrafında söhbəti olub.
Sonradan seçicilərin arzusu vəxahişini nəzərə alan millət vəkili onları təkbətək qəbul edib. Ən çox qaldırılan məsələ mənzillərin verilməsi, köhnə tikililərin təmiri üçün tikinti materiallarının pulsuz ayrılması məsələsi olub.
O da bildirilib ki, rayon icra hakimiyyəti vətəndaşların müraciəti və növbəlik siyahıları əsasında onlara tikinti materialları ilə müəyyən yardımlar etsə də sakinlərin bütün ehtiyaclarını hələ ödəyə bilmir. On iki sürücünün müraciət etdiyi məsələ-şəhər daxili avtobus marşrutlarında işləyən köhnə avtobusların yeniləri ilə əvəz olunması zaman yaranmış problem olub. Araşdırma zamanı məlum olub ki, rəhbərlik tərəfindən müəyyən düzgün olmayan hərəkətlərə yol verilib ki, bu da xətdə işləyən sürücülərin narazılığına səbəb olub. Deputatın rayon icra hakimiyyətinin başçısı ilə danışığından sonra yaranmış problemin həlli yolu müəyyənlişdirilib..
Növbəti qəbul fevral ayına planlaşdırılıb.
Modern.az