Modern.az

Magistr imtahanlarının I cəhdi bu tarixdə keçiriləcək

Magistr imtahanlarının I cəhdi bu tarixdə keçiriləcək

Təhsil

10 Yanvar 2025, 17:51

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların vaxtı açıqlanıb.

Modern.az xəbər verir ki, DİM magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdinin keçirləcəyi günü də elan edib.

Belə ki, magistraturaya qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq.

Xatırladaq ki, DİM yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi