Modern.az

Müsavatdan Tofiq Hüseynli ilə bağlı AÇIQLAMA

Müsavatdan Tofiq Hüseynli ilə bağlı AÇIQLAMA

Təhsil

13 Yanvar 2014, 12:50


“Tofiq bəyin təmsilçiliyi “El” Hərəkatı tərəfindən irəli sürülüb”. Bunu Modern.az-a Müsavatın Divan üzvü Tural Abbaslı partiya başqanının müşaviri Tofiq Hüseynlinin Milli Şurada fəaliyyətini davam etdirməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Milli Şurada partiyalar təmsil olunmur, orada fərdi üzvlük əsas götürülür: “Müsavatın Divan iclasında da verilən qərarda göstərilirdi ki, partiya öz üzvlərinin Milli Şuradakı fəaliyyətinin məqsədəuyğun hesab olunmadığını elan edir. Buna görə də istefalar fərdi qaydada olmalıdı. Bütün üzvlər seçim edə bilərlər. Tofiq bəyin də seçimi budur, yəqin ki, növbəti Divan iclasında bu məsələyə münasibət bildiriləcək. Tofiq bəydən başqa bu cür addım atan olmayıb”.

T.Abbaslı bu gün keçiriləcək Divan iclasının təxirə salındığını deyib: “Müsavat başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi ilə əlaqədar üzvlərimiz xeyli hissəsi məhkəməyə gedib. Ona görə də qərara gəldik ki, iclası yanvarın 14-də keçirək”.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli Milli Şurada fəaliyyətini davam etdirməyə qərar verib. O, Müsavat Partiyasının Milli Şuradan çıxmasını yanlış addım addım kimi qiymətləndirib. T.Hüseynli Müsavatın qərarının ona təsir etmədiyini qeyd edib.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!