Xəbər verildiyi kimi, şahmat üzrə Azərbaycan milli komandasının üzvü, mərhum qrossmeyster Vüqar Həşimovun cənazəsi sabah səhər Almaniyadan Bakıya gətiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Modern.az-a bildirib ki, sabah saat 11.00-dan 15.00-dək Bakı Şahmat Mərkəzində (Hüsü Hacıyev küçəsi) Vüqar Həşimova vida mərasimi olacaq.
Mərhum şahmatçı Bakıdakı 3-cü Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Vüqar Həşimov ötən həftənin sonunda müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib. O, başındakı bədxassəli şişdən əziyyət çəkirdi.
Modern.az