Modern.az

“Milli Məclis üzvlərinin İrana səfəri Vasif Talıbovdan asılıdır” - Eldar İbrahimov

“Milli Məclis üzvlərinin İrana səfəri Vasif Talıbovdan asılıdır” - Eldar İbrahimov

Təhsil

13 Yanvar 2014, 15:05


“Milli Məclis deputatlarını doğurdan da İrana dəvət ediblər”. Bunu Modern.az-a açıqlamasında İran-Azərbaycan dostluq qrupunun üzvü, millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı bəlli deyil.

“Ancaq vaxtı müəyyənləşdirmək bizdən asılıdır. Bildiyiniz kimi, Milli Məclisin deputatları məzuniyyətdədir. Ona görə də səfər zamanı hər hansı məsələnin müzakirə olunacağı barədə nəsə deyə bilmərəm. Qrupun rəhbəri Vasif Talıbovun səfərlə bağlı razılığı nə vaxt olarsa, o zaman bu barədə məlumat verə bilərik. Yalnız danışıqlar zamanı hər iki nümayəndə arasında ortaq qərar əldə olunandan sonra danışmaq olar”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri İranlı parlamenindən Milli Məclisə dəvət gəldiyini bildirib. Dəvət konkret olaraq Azərbaycan-İran İşçi dostluq qrupuna ünvanlanıb.

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!