Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistan tərəfinin dəvəti ilə 13 yanvar tarixində Aşqabada yola düşür.
QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 13-16 yanvar tarixlərində baş tutacaq səfərdən məqsəd Azərbaycan və Türkmənistan xalqları arasında mövcud tarixi-mənəvi əlaqələrin, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsidir. QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistanda yüksək səviyyədə bir sıra görüşlər, o cümlədən, Türkmənistan Parlamentinin, Xarisi İşlər Nazirliyinin, Ağsaqqallar Şurasının, Dini məsələlər üzrə Komitəsinin rəhbərliyi və b. ilə görüşlər keçirəcəyi nəzərdə tutulur. Səfər çərçivəsində Türkmənistan Respublikasının paytaxtı Aşqabadda və Marı şəhərində tarixi-mədəni abidələr, məscidlər ziyarət olunacaq.