Modern.az

Ziyalılar Forumu fəaliyyətini dayandırıb

Ziyalılar Forumu fəaliyyətini dayandırıb

Təhsil

13 Yanvar 2014, 15:14


“Ziyalılar Forumu Rüstəm İbrahimbəyov Bakıda olanda aktiv fəaliyyət göstərirdi. Forumla bağlı məsələlərin də təşəbbüskarı o idi. İbrahimbəyov Bakıda olmadığından Ziyalılar Forumu fəaliyyət göstərmir”.

Bunu Modern.az-a Ziyalılar Forumunun üzvü, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. O bildirib ki, Ziyalılar Forumu qeydiyyatdan keçmiş təşkilat deyil:

“Fikrimcə, forum 3-4 ziyalı, bir-birinin fikrini öyrənmək istəyən mədəni insanların müzakirə aparmasından asılı idi. İndi o müstəvidə problem yoxdur. Problemlər artıq siyasi müstəviyə keçib. Ona görə də Ziyalılar Forumunun fəaliyyəti yoxdur. Bu, təbiidir. Orada mənim dostlarım var. Onlarla həmişə görüşürəm. Qulu Məhərrəmli, Arif Əliyev və başqaları ilə həmişə əlaqə saxlayıram”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!