Modern.az

Bakının sərnişin nəqliyyatında yenilik - kart sisteminə keçildi

Bakının sərnişin nəqliyyatında yenilik - kart sisteminə keçildi

Təhsil

13 Yanvar 2014, 15:23


Paytaxtın şəhərdaxili marşrut avtobusları kart sisteminə keçir. Artıq bundan sonra ödənişlər kart vasitəsi ilə olacaq. Bu məqsədlə avtobuslarda xüsusi ödəniş terminalları da quraşdırılıb. Nəqliyyat Nazirliyi tərəfindən tətbiq olunan sistem Türkiyədə hazırlanıb və “Akıllı bilet” adlanır. Ödəniş və yoxlama qutularının cəmləşdiyi bu sistem avtobuslarda sürücünün yanında quraşdırılıb. Sərnişin ön qapıdan minərək ödəmə etdikdən sonra avtobusun salonuna daxil ola biləcək. Gələcəkdə iri tutumlu avtobuslarda nəzarətçilərin də bu prosesə cəlb edilməsi gözlənilir.

Artıq bu gündən Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.

Artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır.

Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 250 avtobusda təbiq olunacaq.

Bu prepaid-kartlar MasterCard bazasında “Bank of Azerbaijan” tərəfindən buraxılıb. N.Həsənov bildirib ki, artıq təxminən 450 min kart hazırdır.

 

Gülşən Raufqızı 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!