
İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri bu gün istefaya göndərilib.
Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, onun istefasına səbəb İtaliya çempionatının yanvarın 12-də keçirilən növbəti oyununda səfərdə “Sassuolo” komandasına 4:3 hesabı ilə uduzmasıdır. Qeyd edək ki, “Milan” 2013/2014-cü il sezonunun ötən 19 turundan sonra 22 xal toplayıb və turnir cədvəlində 11-ci yerdədir. İtaliya KİV-nin məlumatına görə, “Milan”ın yeni baş məşqçisi bu komandanın keçmiş oyunçusu Filippo İndzaqi ola bilər.
Modern.az