Modern.az

Bakı şəhər prokurorluğu ana və uşaq ölümünə görə cinayət işi açdı

Bakı şəhər prokurorluğu ana və uşaq ölümünə görə cinayət işi açdı

Təhsil

13 Yanvar 2014, 15:56

Bakı şəhər Prokurorluğu paytaxtda ana və azyaşlı övladının faciəli ölümü ilə bağlı cinayət işinin başlandığını bəyan edib.
Bununla bağlı Modern.az-a verilən rəsmi məlumatda bildirilir ki, yanvarın 11-də saat 15 radələrində Nizami rayonu, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində xəsarət alaraq hadisə yerində ölmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji eskpertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda istintaq davam edir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!