Modern.az

“Rauf Arifoğlu və “Yeni Müsavat”a münasibətimiz AzTV və “Yeni Azərbaycan”a münasibət kimidir”-AXCP

“Rauf Arifoğlu və “Yeni Müsavat”a münasibətimiz AzTV və “Yeni Azərbaycan”a münasibət kimidir”-AXCP

Təhsil

13 Yanvar 2014, 17:04

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin sabiq rəhbəri İsaq Əvəzoğlunun “Facebook” səhifəsində paylaşdığı qeyddə Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə qarşı ağır ittihamlar yer alıb. Modern.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı AXCP-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, İsaq Əvəzoğlu azı 4 ildir ki, partiya ilə əlaqə saxlamır. Ola bilər, profili ələ keçirilib və ya partiya ilə əlaqəsi olmadığından o, özü bəzi yanlışlıqlara yol verib: “Əsas məsələ budur ki, yazının AXCP-yə heç bir aidiyyatı yoxdur. Yazıda AXCP haqda da yanlış fikirlər yer alıb. Cəbhəçilərdən xahiş olunur ki, yazını paylaşmasınlar və dəstəkləməsinlər. Bizim Müsavat Partiyasının siyasətinə münasibətimiz mənfidir və bunu açıq öz adımızla tənqid edirik. Rauf Arifoğlu və “Yeni Müsavat”a münasibətimiz də elə AzTV və “Yeni Azərbaycan”a münasibət kimidir. Amma biz siyasi mübarizə aparırıq. Hətta bizi söyənləri də söymək bizlik deyil”.

AXCP-dən eyni zamanda son günlər “Səs” qəzetinin AXCP rəsmiləri adından təxribat tipli açıqlamalar dərc etməsinə də münasibət bildirilib: “AXCP bəyan edir ki, onu təmsil edən heç bir şəxs “Səs”lə əməkdaşlıq eləmir. Ona görə orda AXCP rəsmiləri adından gedən bütün açıqlamalra, rəylər yalandır, provakasiyadadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!