Modern.az

Səlim Müslümov şikayətçiləri dinləyəcək

Səlim Müslümov şikayətçiləri dinləyəcək

Təhsil

13 Yanvar 2014, 17:07


Yanvarın 24-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri üçün qəbul keçirəcək. Modern.az xəbər verir ki, qəbulda iştirak edəcək vətəndaşların nazirliyin həmin rayon üzrə əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Lənkəran şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Nazirliyin Aparatında: (012) 596 44 07. Rayonlar üzrə əhalinin sosial müdafiəsi mərkəzlərində: Lənkəran - (025-25) 4-83-04; Lerik - (025-27) 4-63-83 ; Astara - (025-22) 5-16-09; Yardımlı- (025-20) 6-21-68; Masallı - (025-21) 5-27-10; Cəlilabad-(025-24) 5-22-23.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!