Azərbaycan Ali Hərbi Məktəbinin keçmiş rəisi həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məlumata görə, polkovnik Mirzəli Yusifov rüşvət almaqda ittiham olunur və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Mirzəli Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub.Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən Mirzəli Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.
Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra M. Yusifov işdən azad edilib.
Modern.az